Türkiyədə inqilab yaradacaq əsər
Bizi izləyin

Dünya

Türkiyədə inqilab yaradacaq əsər

“Sotbi” hərrac evi məşhur italyan rəssam Centli Bellininin “Fateh və şahzadəsi” əsərini satışa çıxarıb.

Axar.az xəbər verir ki, dünyanın nəhəng hərrac evi sayılan “Sotbi” tərəfindən satışa təqdim edilən yağlı boya ilə işlənmiş “Fateh və şahzadəsi" adlı tabloya 300-400 min sterlinq qiymət qoyulub. Rəsm əsəri Türkiyənin Mədəniyyət Nazirliyinin də diqqətindədir. Rəssam İşıq Çuhacıoğlu da bu tablonu yüksək qiymətləndirib: “Türkiyə üçün inqilab səviyyəsində bir rəsm əsəridir. Bu əsəri nazirlik özü satın almalıdır”.

Qeyd edək ki, məşhur rəssam Centli Bellini bu tablonu Fateh Sultan Mehmetin sifarişi ilə çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm