Proqnozlar özünü doğruldur: Sibir torpaqları Çinə verildi
Bizi izləyin

Dünya

Proqnozlar özünü doğruldur: Sibir torpaqları Çinə verildi

Rusiya Sibir torpaqlarını Çin şirkətlərinə icarəyə vermək qərarına gəlib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Dövlət Duması Sibir torpaqlarının kənd təsərrüfatı məqsədilə Çin şirkətlərinə icarəyə verilməsini dəstəkləyib.

Dövlət Dumasının aqrar məsələlər üzrə komitə sədri Nikolay Pankovun fikrincə, bu proses dövlətin sərt nəzarəti altında həyata keçirilməlidir. Onun sözlərinə görə, vergilərin ödənişi tam həcmdə olmalı, həmçinin yeni iş yerlərinin yaradılması üzrə aydın proqram olmalıdır.

Pankovun məlumatına görə, hazırda Rusiyada kənd təsərrüfatı üçün yararlı olan torpaqların 40 faizindən çoxu istifadə olunmur: “Hazırda regiondakı torpaqların böyük hissəsi istifadə olunmur. Düşünürəm ki, torpaqların başqa dövlətə icarəyə verilməsində qorxulu heç nə yoxdur”.

Qeyd edək ki, dünyanın bir sıra analitikləri və siyasiləri Rusiyanın gələcəyi ilə bağlı müxtəlif proqnozlar irəli sürürlər. Proqnozların bəzilərində Rusiyanın yaxın gələcəkdə parçalanacağı. Uzaq Şərq və Sibirin isə Çin tərəfindən ələ keçiriləcəyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm