Avropa Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Bizi izləyin

Dünya

Avropa Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa Birliyi ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını bəyəniblər.

Publika.az xəbər verir ki, bu barədə şəxsi mənbələrinə istinadən “Reuters” agentliyi bildirib.

Avropa Birliyinə üzv ölkələrin nümayəndələrinin qərarına əsasən, Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti daha 6 ay uzadılacaq. Növbəti müddət isə 2016-cı ilin yanvarın sonunda başa çatacaq.

Avropa Birliyinin nümayəndələri daha əvvəl bildiriblər ki, Krımla bağlı iyunun 23-də başa çatan sanksiyaların müddətinin uzadılması barədə qərarın yaxın günlərdə qəbul edilməsi planlaşdırılır. Lüksemburqun Avropa Birliyi yanında daimi nümayəndəsi Kristian Braunun sözlərinə görə, Krımla bağlı sanksiyaların müddəti daha bir il uzadılacaq.

Sanksiyalarla bağlı son qərar Avropa Birliyinə üzv ölkələrin Nazirlər Şurasında qəbul edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm