Dünyanın ən böyük xilaskarı məlum oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən böyük xilaskarı məlum oldu - FOTOLAR

Dünyada yüzdən artıq insanı ölümdən qurtaran ən böyük xilaskar məlum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 50 ildir bu xeyirxah missiya ilə məşğul olmuş 86 yaşlı avstraliyalı Don Riççi rekord göstəriciləri ilə hər kəsi üstələyib. Rəsmi məlumata əsasən, Don Riççi 163 insanı intihar qərarından daşındıraraq onlara ikinci həyat bəxş edib.

Onun “iş” üsulu çox sadədir. Don Riççi təbiətin bir sıra yerlərində tək gəzən və qəmli görünən insanları güdür, onlar intihar etmək istədikdə həmin şəxslərə yaxınlaşaraq depressiyaya düşənləri dilə tutmaqla onları intihar qərarından daşındırır. Bu şəxsin özünəməxsus iş üslubu var – intihar etmək istəyənləri bir fincan çaya dəvət etmək. Maraqlıdır ki, Don Riççinin dəfələrlə sınaqdan keçirdiyi bu üsul özünü doğruldub. O, özünə qəsd etmək istəyən onlarla insanla bir fincan çay içdikdən sonra onları özünəqəsd qərarından daşındıra bilib. Don onların hər birini əmin edib ki, Yer üzündə yaşamağa və problemlərlə mübarizə aparmağa dəyər.

Bu arada maraqlı məqama diqqətinizi cəlb etmək istərdik. Məsələ burasındadır ki, Don özü də ölümdən geri dönüb. Belə ki, o, bir müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

Doğmaları və dostları Donun xilas etdiyi insanların sayının 500-dən çox olduğunu iddia edirlər. Bu işdə xeyirxah işdə ona xanımı Moyaya da kömək edir. Hətta buna görə o və həyat yoldaşı “İlin vətəndaşı” fəxri adını da alıblar. Donun bəzi səylərinin nəticəsiz qalması onun özünü də ölüm təhlükəsi ilə üzləşdirib. Belə ki, bir dəfə onun intihar etmək istəyən qızı qərarından daşındırmaq istəyi nəticəsiz qalıb. Yeniyetmə Donun onu dilə tutmasına baxmayaraq, yüksəklikdən tullanmaq qərarına gəlib. Riççinin onu tutmaq cəhdi səmərəsiz qalıb və o, özü labüd ölümlə üz-üzə qalıb.

Xilaskarlığı özünün əsas missiyası seçmiş bu qoca humanist əməllərinə görə dəfələrlə orden və medallarla da təltif edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm