Putin: Rusiya Krımın çağırışlarına diqqət yetirməyə bilməz
Bizi izləyin

Dünya

Putin: Rusiya Krımın çağırışlarına diqqət yetirməyə bilməz

Putin: Rusiya Krımın çağırışlarına diqqət yetirməyə bilməz

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində bəyan edib ki, Rusiya Krımdan ona ünvanlanan yardım haqqında çağırışlara diqqət yetirməyə bilməz və adekvat hərəkət edir.

Publika.Az xəbər verir ki, Putin həmçinin Rusiya-Amerika münasibətlərinin vacibliyini qeyd edib və deyib ki, bu münasibətləri ayrı-ayrı – istər hətta əhəmiyyətli - məsələlər üzrə fikir ayrılığına qurban verilməməlidir, Kremlin məlumatında deyilir.

Prezident Obama öz növbəsində bəyan edib ki, Rusiyanın hərəkətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozur.Amerika prezidentinin fikrincə, Rusiya ilə Ukrayna hökumətləri beynəlxalq birliyin himayəsi ilə birbaşa danışıqlar keçirməlidirlər. Beynəlxalq müşahidəçilər bütün ukraynalıların, o cümlədən, etnik rusların haqlarının gözlənməsini təmin edəcəklər, Rusiya qoşunları isə öz bazalarına qayıtmalıdır; beynəlxalq birlik birgə səylərlə ukraynalılara may seçkilərinə hazırlaşmaqda kömək edərdi.

Obama əlavə edib ki, dövlət katibi John Kerry, münaqişənin diplomatik həllini yaxınlaşdırmaq üçün, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, Ukrayna hökuməti və digər tərəflərlə danışıqları davam etdirəcək.

Bu, son altı gün ərzində ABŞ və Rusiya liderləri arasında ikinci telefon söhbətidir. Söhbət bir saata yaxın davam edib. Telefon söhbətinin təşəbbüsçüsü Ağ Ev olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm