Medvedev Avropaya cavab üçün göstəriş verdi
Bizi izləyin

Dünya

Medvedev Avropaya cavab üçün göstəriş verdi

Moskva Rusiyaya qarşı sanksiyaların müddətini 31 yanvar 2016-ci il tarixinə qədər uzadılması barədə qərar verən Avropa Birliyinə cavab verməyə hazırlaşır.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev Rusiyanın cavab olaraq qəbul etdiyi məhdudlaşdırıcı ölçülərin daha yarım il uzadılması haqqında Rusiya prezidentinin adına müraciət hazırlamağı tapşırıb.

“Sergey Eduard (baş nazirin müavini - red.), Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. Mən sizdən Rusiya Federasiyası tərəfindən məhdudlaşdırıcı ölçülərin tətbiqi haqqında prezident fərmanının müddətinin uzadılması təklifi ilə prezident adına müraciətimi hazırlamağı xahiş edirəm”, - Medvedev baş nazirin müavinləri ilə müşavirədə deyib.

Xatırladaq ki, Avropa Birliyinə üzv ölkələrin Xarici İşlər Nazirliyinin başçıları iyunun 22-də Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2016-cı ilə qədər uzadıb. Bu barədə Avropa Birliyinin xarici işlər nazirlərinin Məsləhət Şurasının mətbuat katibi Süzan Kifer bildirib.

Avropa Birliyinin sanksiyaları böyük Rusiya banklarının maliyyələşdirilməsini, həmçinin energetika sahəsində yüksək texnologiyalı avadanlıqların, silah və hərbi təyinatlı malların bəzi növlərinin Rusiyaya satışını qadağan edir.

Bundan başqa, qurumun hazırladığı “qara siyahı”da 151 şəxs, 37 şirkət və təşkilatın adı var. “Qara siyahı”dakı şəxslərin 15 sentyabr 2015-ci ilə qədər Avropa Birliyinə üzv ölkələrinə ərazisinə girişi qadağan olunub. Siyahıya salınan şəxlər və şirkətlər Ukraynada vəziyyətin gərginləşməsində ittiham edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm