Ərdoğan: “Bu dövlətin qurulmasına icazə verməyəcəyik”
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu dövlətin qurulmasına icazə verməyəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar Suriyanın şimalında kürd güclərinin təsir dairəsinin genişlənməsinə münasibət bildirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Suriyanın şimalında heç bir halda dövlətin qurulmasına icazə verməyəcəyini açıqlayıb.

“Bütün millətimə, bütün dünyaya səslənirəm. Suriyanın şimalında, cənub sərhədlərimizdə bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik, nəyin bahasına olursa-olsun buna mane olacağıq. Biz bölgədəki demoqrafik quruluşun dəyişməsinə göz yummayacağıq”, - Türkiyə prezidenti söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm