İsrail özünü hasara alır
Bizi izləyin

Dünya

İsrail özünü hasara alır

İsrail höküməti qonşu İordaniya ilə sərhəd boyunca tikanlı məftillərdən sədd çəkir.

Publika.az-ın məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyanat yayıb. Onun sözlərinə görə, səddin 30 km-lik ilk hissəsi Eylat şəhəri və Timna dərəsi arasında yerləşəcək. Səddin tikintisinin dəyəri 525 min dollardan çox qiymətləndirilir.

Yeni sədd İsrailin Misir və Suriya ilə sərhədində artıq tikilmiş sədlərin eynisi olacaq. İsrail bu layihəni mövcud regionda təhlükəsizliyin artırılması zərurəti ilə izah edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm