Soyunub məscidə girdi, “Allah böyükdür!” qışqırdı – VİDEO
Bizi izləyin

Dünya

Soyunub məscidə girdi, “Allah böyükdür!” qışqırdı – VİDEO

Rusiyanın Perm şəhərində narkotik sərxoşluq vəziyyətində olan şəxs məsciddə səs-küy yaradıb.

Publika.az “v-kurse.ru” saytına istinadən xəbər verir ki, iyulun 5-də Eldar adlı 22 yaşındakı gənc Osinski küçəsində yerləşən məscidin həyətində soyunaraq məscidə daxil olub.

Məscidin iki qapısına zərər vuran Eldar küçəyə qayıdıb və yoldan keçənlərdən onun üçün təcili yardım çağırmağı xahiş edib. Məscidin imamı Zəkəriyə Xazrat əlavə edib ki, çılpaq kişi iki qapını və güzgünü sındırıb, qadınları qorxudub.

Əraziyə gələn polislər kişini xərəyə bağlayaraq tibbi müəssisəyə göndəriblər.

“Bloknot” informasiya agentliyi həmçinin dəqiqləşdirib ki, kişi məsciddə “Allah böyükdür” deyə qışqırırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm