Elm və təhsil
Üzərində məktəbin möhürü olan dərslik kitab mağazasında satılıb - VİDEO
Dərs ləvazimatları mağazasında üzərində məktəbin möhürü olan kitab satılıb.
Publika.az xəbər verir ki, hadisə paytaxt sakini Dilbər Əliyevanın başına gəlib. O, nəvəsinə 4-cü siniflər üçün nəzərdə tutulan Azərbaycan dili dərsliyi alıb. Evə gəldikdə isə həmin kitabın içində Binəqədi rayon 276 nömrəli məktəbin möhürünün olduğunu görüb.
Mağazadan isə "Xəzər Xəbər"ə hadisədən xəbərsiz olduqlarını deyiblər.
Satıcı Aqil Hüseynovun sözlərinə görə, sözügedən kitabı onlar bir xanımdan alıblar və həmin kitabın möhürlü olduğunu bilməyiblər.
276 nömrəli məktəbin direktor müavini Saleh Mirzəyev deyir ki, məktəbə aid olan kitab heç vaxt məktəb tərəfindən hansısa bir mağazaya satıla bilməz.
Bakı Şəhər Təhsil İdarəsindən isə bildirildi ki, istənilən halda bu məsələ araşdırılacaq və zəruri tədbirlər görüləcək. (xezerxeber.az)
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ