Gözəllik
Az qaldı: “cavanlıq iksiri” hazır olur
İspan alimləri bildirirlər ki, “cavanlıq iksiri” deyilən böyük bir kəşfin astanasındadırlar. Onların fikrincə, bu kəşf insana 135 yaşadək ömür sürmək imkanı verəcək.
Dərman vəsaiti canlı orqanizmdə gövdə hüceyrələrinin əmələ gəlməsini tənzimləyən zülallar əsasında hazırlanıb. Yeni ”cavanlıq iksiri” əbədi həyat vəd etmir, amma insana 40-50 il əlavə ömür bəxş etmək iqtidarındadır.
Müəyyən mexanizmlərin təcrid edilməsi ömür müddətini xeyli artırmağa imkan verir. Mütəxəssislər hesab edirlər ki, gövdə hüceyrələri orqanizmin əbədi gənclik mənbələrindən biridir.
Hələlik eksperimentlər laboratoriya siçovulları üzərində aparılıb. Alimlər onların ömrünü 65 faiz artırmağa müvəffəq olublar. İndi də preparatı könüllülər üzərində sınaqdan keçirmək niyyətindədirlər.
Elmi qrupun rəhbəri Fernando Qrasiya eksperimentlər zamanı əldə olunan nəticələri şərh edərək bildirib ki, bu patologiya barəsində insan ilə analogiya aparmaq üçün siçanlar ən uğurlu modeldir. Nəticələr kliniki tədqiqatlar aparmaq üçün əsas ola bilər.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu