Gözəllik
Təbii gözəlliyini ağır makiyajla korlamağı xoşlamayan model – FOTOLAR
30 yaşlı rusiyalı model İrina Şeyk “Glamour” jurnalına verdiyi açıqlamada makiyajı sevmədiyini deyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, model çox makiyajın onun gözəlliyinə kölgə saldığını düşünür: “Qırmızı dodaq boyasını, al yanaqları çox xoşlayıram, lakin bunlardan istifadə etdiyim zaman gözlərimin maksimum dərəcədə sadə olmasına çalışıram”.
42 yaşlı məşhur aktyor Bredli Kuperlə sevgili olan model makiyajını geyiminə uyğun etdiyini vurğulayıb: “Gözlərimə qələm və ya layner çəkməyi çox xoşlamıram. Onda özümü narahat hiss edirəm, üzümdə artıq heç nə olmalı deyil. Tonal kremdən ümumiyyətlə istifadə etmirəm. Çünki onda dərim təbii görünmür. Lakin gözlərimin altında qara halqaların bilməməsi üçün korrektordan istifadə etməyə məcburam. Dodaq boyasını da barmaqlarımla çəkirəm, bu zmaan pomada dodaqlar daha təravətli görünür, həm də boya hər tərəfə bərabər yayılır”.
Dəfələrlə dünyanın ən cazibədar qadını seçilən İrina evdə olanda makiyaj etmədiyini bildirib: “Xasiyyətcə bir az tənbələm, günün sonunda onu yumağa həvəsim olmur”.
Aytən
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO