Yaya belə hazırlaşın
Bizi izləyin

Gözəllik

Yaya belə hazırlaşın

Yay aylarında dəridəki qüsurları örtmək o qədər də asan olmur. Çünki həm tonal kremlərdən istifadə etmək məsləhət deyil, həm də tonal krem çəksəniz belə istinin, tərin təsiri ilə bir neçə saat sonra effekti itir.

Belə vəziyyətdə ən yaxşı seçim dəriyə qulluq edib qüsurları aradan qaldırmaqdır. Dəri problemlərinin bir çoxunun səbəbi ölü dəri hüceyrələridir.

Publika.az-ın təqdim etdiyi pilinq ölü dəri hüceyrələrini aradan qaldıracaq və dərinin tonusunu yeniləyəcək.

100 qram kəsmiyin içərisinə 3 xörək qaşığı üyüdülmüş qoz əlavə edin. Yaxşıca qarışdırıb dəriyə masaj edərək çəkin. 5 dəqiqə gözləyib bol su ilə yuyun. Dərhal qurulanıb dəri tipinizə uyğun krem çəkin. Bu prosesi həftədə iki dəfə təkrarlayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm