Çilli qızların ən böyük dərdi - FOTOLAR
Bizi izləyin

Gözəllik

Çilli qızların ən böyük dərdi - FOTOLAR

Bəzi qızlar üzündəki çillər sayəsində hər yerdə seçilirlər. Çillər qızların simasına xüsusi gözəllik qatır. Bəzi qadınlara yaraşsa və gözəl görünsə də, çoxu çilləri sevmir və bunu yox etmək üçün müxtəlif üsullara əl atırlar. Üstəlik, yazın gəlişi ilə bir çox insanların üzündə çillər daha da çoxalır. Bəs çillərin çoxalmaması üçün nə etməli?

Üzdəki çillərdən xilas olmaq üçün kosmetik şirkətlər öz məhsullarını nə qədər reklam etsələr də, çillər və ləkələrlə mübarizədə çox zəif nəticə göstərir. Ən çox müraciət edilən üsul isə pilinqdir. Tez-tez pilinq etməyin nəticələri isə məlumdur. Bu proses erkən yaşlanmaya səbəb olur. Ancaq bu problemi də təbii bitkilərlə aradan qaldırmaq olar. Çillərin həlli tərəvəzlərdə gizlənib.

Publika.az türkiyəli kosmetoloq Suna Dumankayanın çilin yaranmasını qarşısını almaq üçün təklif etdiyi maska reseptini təqdim edir.

İki xörək qaşığı turp suyu, bir xörək qaşığı qaymaq, bir yumurta ağı, iki xörək qaşığı üyüdülmüş kətan toxumu, bir xörək qaşığı limon suyu və bir çay qaşığı soya yağını yaxşıca qarışdırın. Bu qarışığı çilli hissələrə çəkib təxminən 20 dəqiqə gözləyin. Sonra da yuyun. Çölə çıxarkən günəşdən qoruyucu krem çəkməyi də unutmayın.

Limon suyu da çillərlə mübarizədə çox effektlidir. Limon suyu, su və 1 çay qaşığı sirkəni qarışdırın. Əgər dəri qurudursa, qarışığa bir qədər qliserin əlavə edin. Üzünüzü hazırladığınız məlhəmlə silin.

Üzünüzdəki çilləri aparmaq üçün süd və xiyar maskasından da istifadə edə bilərsiniz. Bir stəkan çiy südün içərisinə xiyar doğranılır. İki saat saxladıqdan sonra süzülür. Tənzifdən süzülən xiyar sıxılaraq bütün qarışığın südə keçməsini təmin olunur. Bu süd üzə tez-tez kompres edilməlidir. Maskanı 10-15 gün davamlı olaraq çəksəniz, üzdəki çillər azalar.

Üzdəki çilləri soğanla da təmizləmək mümkündür. Bunun üçün soğanı sürtgəcdən keçirib, tənziflə sıxıb suyunu çıxardın. Soğan şirəsinə batırılmış pambıqla üzünü silin. Sonda isə üzə xama çəkib, 10 dəqiqə saxlayıb, isti su ilə yuyun.

Paxla da çillər və günəş ləkələrinə yaxşı təsir edir. 100 qram ağ paxlanı gecədən isladın. Səhəri gün də 1 litr suyun içində qaynadın. Bişdikdən sonra yaxşıca süzün. Paxla suyunu 5 gün ərzində çillərə və ləkələrə çəkin. Bu məhlulu soyuducuda saxlamaq lazımdır.

Heyvanın qabığını soyub, sürtgəcdən keçirib, tənzifdən süzün. Əldə edilən heyva suyu ilə üzünüzü silin. Heyva şirəsi çilləri ağardır. Heyva dilimləri də çillərə yaxşı təsir edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm