İqtisadi gündəm
Mərkəzi Bank çevik məzənnə rejimindən imtina edir? - AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta məzənnəsinin aktiv şəkildə idarə olunması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.
AMB-dən bildirilib ki, çevik məzənnə rejimi saxlanacaq.
“Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda qeyd olunduğu kimi xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Ümumilikdə, qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyə balansı və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır”, - deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.
Xatırladaq ki, bəzi mətbuat orqanlarında "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkətinə istinadən Azərbaycanın yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlaması barədə məlumatlar yayılıb. (apa)
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi