İqtisadi gündəm
Ağ Evin saytında erməni təcavüzünə qarşı petisiya (FOTO)
Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People)
bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini
pozmasına son qoyulması ilə bağlı petisiya
yerləşdirilib.
Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət
İdarəçilik Akademiyasının tələbələri məlumat verib.
Tələbələr öz təşəbbüsləri ilə bu petisiyaya başladıqlarını
bildiriblər. ABŞ Prezidenti Barak Obama administrasiyasının
diqqətinə ünvanlanmış petisiyada son günlər qoşunların təmas
xəttində Ermənistan ordusunun atəşkəsi pozduğu və erməni kəşfiyyat
qruplarının Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar etdiyi
qeyd olunur. Bildirilir ki, bunun nəticəsinə Azərbaycan ordusu
itkilər verib, yaralılar var.
Müraciətdə, həmçinin qeyd edilir ki, 20 ildən artıqdır davam edən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyli insanın
ölümünə, regionda sabitliyin və təhlükəsizliyin pozulmasına səbəb
olub.
Petisiyada vurğulanır ki, Azərbaycan xalqı bölgədə sülhün bərqərar
olmasını və erməni təcavüzkarlarının atəşkəsi pozmalarına son
qoyulmasını istəyir.
Petisiyanı dəstəkləmək üçün göstərilən linkə
(https://petitions.whitehouse.gov/petition/stop-armenia-violate-casefire-regime-border-azerbaijan/sbD9shFC)
daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name),
elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW
düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron
ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama
prosesi başa çatmış olur.
Qeyd edək ki, petisiyaya Ağ Ev tərəfindən baxılması üçün bu il
sentyabrın 2-dək 100 000 imza toplanmalıdır.
AzərTAc
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ