• USD 1,7020 0,00% EUR 1,9062 0,00%
    • GBP 2,1922 0,00% RUB 0,0300 0,00%

Zahid Qubadlı: “Ali baş komandanın əmrini gözləyirik”

Zahid Qubadlı: “Ali baş komandanın əmrini gözləyirik”

Avqustun 31-də Qubadlırayonununişğalolunmasından 21 il ötür. Publika.az saytı Qubadlıdan olan tanınmış klarnet ifaçısı Zahid Qubadlıdan doğulub boya-başa çatdığı rayon haqqında fikirlərini öyrənib.

- Zahid bəy, bu gün Qubadlının işğalından 21 il ötür. Doğulub boya başa çatdığınız Qubadlı yadınızda necə qalıb?

-Qubadlıda sonuncu dəfə 1992-ci ildə olmuşam. Uşaqlığım, yeniyetməliyim, gözəl günlərim Qubadlıda keçib. Qubadlıdan çıxanda cəmi 16 yaşım var idi 1992-ci ildə. İndi isə 38 yaşımdayam. Amma mənə elə gəlir ki, hələ də 16 yaşım var. Tarix mənimçün sanki 16 yaşımdaca dayanıb. Qubadlı mənimçün nələrlə yadda qalmayıb ki? Amma doğma rayonum haqda keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hətta indi doğma elimin mənimçün əlçatmaz olduğunu qəbul edə bilmirəm.

- Çoxları, eləcə də mən belə düşünürəm ki, ifalarınızda bir nisgil var. Bu sadəcə sizin ifa tərzinizdir, yoxsa?

-Çox doğru qeyd etdiniz. Qeyd etdiyim kimi mənimçün həyatın bütün gözəllikləri doğma Qubadlıda qalıb. İfamdakı nisgil, yanğı da bununla bağlıdır. Elə bir gün yoxdur ki, rayonumuzu, Xanlıq kəndimizi xatırlamayım. Hər dəfə uzun-uzadı xəyallara dalıram, özümü Qubadlıda hiss edirəm. Amma bütün bunların xəyal olduğunu anlayanda daha çətin olur. Bilirsiniz, bülbül öz yuvasında daha gözəl cəh-cəh vurur, qəfəsə salınanda isə ah-nalə çəkir. Düzdür, Azərbaycanımızın hər kəndi mənə doğmadır, əzizdir. Amma səmimi etiraf etmək lazımdır ki, heç bir gözəllik doğma kəndimin, elimin, obamın yerini vermir. Qubadlımda olsam, indikindən qat-qat artıq uğurlar qazanardım, daha həvəslə işləyərdim, əsərlər yaradardım.

-Bildiyimə görə, Qubadlıya aid olan nəğmələrin də müəllifisiniz...

-Bəli, elədir. Qubadlıya həsr etdiyim eyniadlı mahnı var. Həmçinin “Qaçaq Nəbi mahnısına klip çəkdirmişəm.

-Çox istərdim ki, bu sualıma səmimi cavab verəsiniz, müharibə başlayacağı təqdirdə döyüşməyə hazırsınızmı?

-Bundan öncəki sualınızda bu barədə danışmaq istədim. Tam səmimiyyətimlə deyirəm ki, döyüşə hazıram. Tək mən yox, mənim kimi minlərlə oğullarımız Ali baş komandanın əmrini gözləyirik.

-Qarabağda elə adam yoxdur ki, müharibə onun ailəsindən yan keçsin. Yəqin ki, sizin də itirdiyiniz yaxınlarınız var.

-Bəli, mənim dayım oğlu, bibim Qarabağ müharibəsində şəhid olublar. Dörd qardaşımdan üçü müharibə veteranıdır. Qeyd etdiyim kimi mən də hər an hazıram. Qubadlının Qaçaq Nəbi, Milli Qəhrəmanımız Əliyar Əliyev, Həsən Qorxmazla kimi oğlanları olub və bu gün də onların davamçıları yetişməkdədir.

İntiqam Valehoğlu

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR