İqtisadi gündəm
Xalq Yazıçısı Çingiz Abdullayev hərbi dənizçilərin qonağı olub
Dünya şöhrətli yazıçı, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş "Şöhrət" ordenli Çingiz Abdullayev Hərbi Dəniz Qüvvələri zabitlərinin qonağı olub.
Tədbiri Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin rəhbəri Gülxar Məmmədova açaraq yazıçının geniş diapazonlu yaradıcılığından, onun əsərlərinin mahiyyətindən, obrazlar dünyasından, yaratdığı zəngin xarakterlərdən danışıb.
Söhbət formatında qurulan görüşdə yazıçı özünün həyat və yaradıcılığından, müharibə və ədəbiyyatın qarşılıqlı münasibətindən, gənc nəslin intellektinin yüksəldilməsi yollarından danışıb. Yazıçı ona ünvanlanan suallara da ətraflı cavab verib.
Görüşün sonunda Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov görüşə dəvəti qəbul edib gəldiyinə görə xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edərək, ona yaradıcılıq uğurları arzulayıb və hərbi kollektiv adından hədiyyə təqdim edib.
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?