Azərbaycan, Türkiyə və Gürcüstan saziş imzaladı (YENİLƏNİB)
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan, Türkiyə və Gürcüstan saziş imzaladı (YENİLƏNİB)

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri bu gün Qarsda keçirilən üçtərəfli görüş çərçivəsində ölkələrin qarşılıqlı əməkdaşlığı haqqında saziş imzalayıblar.

Trend-in məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfirliyi "Twitter" səhifəsində yazıb.

Üç ölkənin XİN rəhbərlərinin üçtərəfli görüşü bu gün Türkiyənin Qars şəhərində keçirilib. Görüş çərçivəsində, siyasi məsələlərlə yanaşı, iqtisadiyyat və energetika sahəsində məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü ilk dəfə 2012-ci il iyunun 8-də Trabzonda baş tutub. İkinci və və üçüncü görüşlər, müvafiq olaraq, 2013-cü il martın 28-də Batumidə və 2014-cü il fevralın 19-da Gəncədə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm