Hər beş televizordan biri “ağıllanıb“
Bizi izləyin

İqtisadi gündəm

Hər beş televizordan biri “ağıllanıb“

2012-ci ilin birinci rübündə bazara çıxarılmış hər beşinci televizor "Smart TV" ("ağıllı televizor") funksiyasını dəstəkləyib.

Publika.Az-ın məlumatına görə, bu barədə "NPD DisplaySearch" tədqiqat şirkətinin hesabatında qeyd edilib.

Ən böyük "ağıllı" televizor bazarı Çindədir. 2012-ci ilin birinci rübünün nəticəsinə görə, Çin bazarına 3 milyon belə qurğu tədarük edilib.

İkinci yerdə 2.1 milyon göstərici ilə Qərbi Avropa, üçüncü yerdə 1.4 milyon göstərici ilə Şimali Amerika qərarlaşıb.

2012-ci ilin birinci rübündə aparıcı "ağıllı" televizor tədarükçüləri "Sony", "Skyworth", "Philips", "Sharp" şirkətləri olublar.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm