Bakıda "Kakadu" barı bağlana bilər
Bizi izləyin

İqtisadi gündəm

Bakıda "Kakadu" barı bağlana bilər

Bakıda adı qalmaqallarda hallanan daha bir gecə barı - “Kakadu” da bağlana bilər. Paytaxtın mərkəzində - Natəvan heykəlinin arxasında yerləşən gecə barı “İnfiniti”də olduğu kimi, bu barın da adı əxlaqsızlıq yuvası kimi çəkilir.

Axar.az-a verilən məlumata görə, bara gələn müştərilərə əxlaqdankənar xidmət təklif olunur. Bu sövdələşmə isə müştəriyə heç də ucuz başa gəlmir. Barda qızın içdiyi 50 qram viskiyə görə azı 50-70 manat da alıb, müştərini soyurlar.

Uzun müddətdir ki, bar adı altında fəaliyyət göstərən “Kakadu” gecə məkanı ilə bağlı artıq araşdırmalar aparıldığı deyilir. Bakı polisinin keçirəcəyi geniş əməliyyat zamanı bu obyektin də qapadılacağı bildirilir.
Xatırladaq ki, Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bar və masaj salonlarında ciddi reydlərə başlanılacağı barədə xəbər ötən gün yayılıb. Bu isə təbii ki, onlarla masaj salonunun və gecə klubunun bağlanması deməkdir.

Bildirək ki, fəaliyyət göstərən bar və masaj salonları əsasən paytaxtın mərkəzi küçələrində cəmləşib. Onların demək olar ki, heç biri təyinatı üzrə fəaliyyət göstərmir. Bir neçə dəfə paytaxt polisi xüsusi reydlər keçirib obyekt sahiblərini cəzalandırsa da, bu, onların işinə mane olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm