İqtisadi gündəm
Ermənilər ağını çıxartdı - FOTO
Ermənilər uydurma “soyqırımı”nın təbliğində 1990-cı il yanvarın
20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə
edirlər.
Publika.az xəbər verir ki, AzərTAc növbəti erməni saxtakarlığını
üzə çıxarıb. Belə ki, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı
olan “əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə 20 Yanvar
faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr
bundan əvvəl törədilmiş “erməni soyqırımı” qurbanları kimi təqdim
olunub.
Eyni fotoşəkil, həmçinin uydurma “erməni genosidi”nin yüz
illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə
komitəsinin Facebook səhifəsində də yerləşdirilib.
Qeyd edək ki, bu fotoşəkil 1990-cı il yanvarın 20-də AzərTAc-ın
fotomüxbiri Oqtay Məmmədov tərəfindən çəkilib və onun originalı
agentliyin arxivində saxlanılır.
Əslində, “genosidi” bu cür saxta “dəlil-sübutla” əsaslandıran
ermənilər fərqinə varmadan onu inkar etmiş olurlar. Təsəvvür edin,
mediada bir hadisənin yüzilliyindən bəhs edir və həmin məqalədə
Azərbaycan xalqının tarixinə 25 il əvvəl qanla yazılmış 20 Yanvar
faciəsini əks etdirən fotonu yerləşdirirlər. Bundan daha böyük
saxtakarlıq nə ola bilər?
Ermənilərin belə açıq-aşkar saxtakarlığa əl atması birinci dəfə
deyil. Üzdəniraq erməni təbliğatçıları bundan əvvəl 1918-ci ildə
Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların,
1992-ci il Xocalı qətliamının fotolarını qondarma “erməni
genosidi”nin izləri kimi təqdim ediblər.
Bu sahədə “ixtisaslaşmış” erməni “mediabazlar”ı “soyqırım”
azarına tutulmuş və yaxud yoluxdurulmuş sadə erməniləri aldatmaqla
kifayətlənmir, eyni zamanda, dünya ictimaiyyətində özlərinin
psevdofaciələrinə mərhəmət hissi oyatmağa və ondan öz məkrli
məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma onların bütün bu
cəhdlərinə baxmayaraq, həqiqət hər zaman öz yerini tapır.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi