Xırdalanda maskalılar tərəfindən öldürülənin şəxsiyyəti məlum oldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Xırdalanda maskalılar tərəfindən öldürülənin şəxsiyyəti məlum oldu (YENİLƏNDİ)

Həmin şəxslər qara maskada olublar.

Xırdalan şəhərində atışma nəticəsində öldürülən kişinin şəxsiyyəti müəyyənləşib.

"Report" xəbər verir ki, bu, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğludur. O, başından aldığı güllə yarasından ölüb.

***

Bu gün gecə saatlarında Abşeron rayonunda güllələnmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, 280-ci məhəllə adlanan ərazidə qeydə alınıb. Həmin ərazidə naməlum şəxslər bir nəfəri güllələyib. Hadisə şahidlərinn sözlərinə görə, həmin şəxslər qara maskada olublar. Güllələnən şəxsin iş adamı olduğu deyilir.

Hadisə ilə bağlı Xırdalan şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış olub. Stansiyadan həmin şəxsin həyatda olub-olmaması barədə məlumatın olmadığı deyilib. Hadisəni Xırdalan şəhər Polis İdarəsindən təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır. (ölkə.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm