Metalyayma müəssisəsində bədbəxt hadisə
Bizi izləyin

Hadisə

Metalyayma müəssisəsində bədbəxt hadisə

Fəhlə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Paytaxtın Nərimanov rayonunda yerləşən metalyayma müəssisəsində istehsalat zamanı bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Şamaxı rayonundan olan 1995-ci il təvəllüdlü Əzizov Emin Daşqın oğlu iş görən zaman armatur onun ayağına keçib.

Fəhlə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm