Milli Parkda yanğın
Bizi izləyin

Hadisə

Milli Parkda yanğın

Yanğın hadisəsi baş verib.

Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhəddində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm