Tovuzda avtomobil piyadanı vurdu - Sürücü qaçdı
Bizi izləyin

Hadisə

Tovuzda avtomobil piyadanı vurdu - Sürücü qaçdı

Faktla bağlı araşdırma aparılır.

Tovuzda 59 yaşlı piyadanı maşın vurub.

Publika.az xəbər verir ki, hadisə Təzəkənd kəndində, bazarın yaxınlığında baş verib.

Naməlum avtomobil yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlunu vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm