Mingəçevirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ ilə bağlı rəsmi açıqlama (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Mingəçevirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ ilə bağlı rəsmi açıqlama (YENİLƏNDİ)

Mingəçevirdə 6 nəfərin vəziyyətinin qəfil ağırlaşması ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov açıqlama verib.

"Report"un məlumatına görə, xoşagəlməz hadisə qida qəbulundan qaynaqlanıb. Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov 6 qohumun səhətində yaranan qəfil narahatlığın alimentik mədə pozğunluğu ilə bağlı olduğunu deyib:

“Xoşagəlməz qida qəbulu, kəskin qastrit haqqında danışılan xəstələrdə mədə pozğunluğu yaradıb. Xəstəxanaya gətirilmiş şəxsləri təkrar-təkrar müayinə etmişik və nəticədə bu qənaətə gəmişik ki, bu anladığımız qədərincə zəhərlənmə deyil, mədə pozğunluğudur”.

***

Dördü azyaşlı, biri hamilə qadın olmaqla 6 nəfər yaxın qohum zəhərlənmə keçirib.

Publika.az xəbər verir ki, hadisə Mingəçevirin “Şəfa” bağ massivində qeydə alınıb. Elə zəhərlənən qohumlar da bu ünvanda yaşayır. İlkin məlumata görə, bir süfrədə qarpız, yemiş, kətə yeyib “Cansu” içən qohumlar ağır zəhərlənmə keçirərək təcili xəstəxanaya çatdırılıb. Zəhərlənən şəxslərdən beş nəfərinin adı məlumdur.

2008-ci il təvəllüdlü Mustafazadə Aytac Sadiq qızı

2009-cu il təvəllüdlü Mustafazadə Səbinə Sadiq qızı

2010cu il təvəllüdlü Məmmədzadə Vüsalə Vüsal qızı

2013-cü il təvəllüdlü Məmmədzadə Uğur Vüsal oğlu

1990-cı il təvəllüdlü Məmmədova Aytən Mismir qızı

Azyaşlıların dördü də uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Aytən Məmmədovaya Təcili yardım şöbəsində gərəkli tibbi yardım göstərilib. Nəslin adı hələ müəyyənləşməmiş gənc hamilə gəlini isə ginekologiya şöbəsinə göndərilib. Əldə olunan məlumata görə, A.Məmmədovanın və hamilə xanımın durumu stabilləşib, uşaqların müalicəsi isə reanimasiya şöbəsində davam edir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm