Şabranda güclü yanğın
Bizi izləyin

Hadisə

Şabranda güclü yanğın

Şabran rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, rayonun Taxtalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, ümumi sahəsi 3 kv.m olan köməkçi tikili, yaxınlıqda yığılmış 8 ton bağlaması, 485 ha biçilmiş əkin sahəsi və meşə zolağında 15 ha ərazidə ağaclar yanıb.

Meşə zolağının qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm