Dənizdə batan iki nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Dənizdə batan iki nəfər xilas edildi

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb. Əməliyyat saat 19:11-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm