• USD 1,7002 0,00% EUR 1,9941 -0,65%
    • GBP 2,2440 -0,21% RUB 0,0287 +0,70%

17 il yerin altında qalmış şaxtaçı SAĞ TAPILDI – ŞOK TƏFƏRRÜAT - FOTO

  • Hadisə
  • 16 Sentyabr 2017 13:49
  • 1 889 Baxış
17 il yerin altında qalmış şaxtaçı SAĞ TAPILDI – ŞOK TƏFƏRRÜAT - FOTO

17 il əvvəl Çinin qərbində, Rixter cədvəli ilə 7.8 ballıq güclü zəlzələ nəticəsində 118 şaxtaçının işlədiyi şaxta tamamilə dağılmışdı.

Publika.az xarici mediaya istinadən bildirir ki, xilasedicilər o vaxt 117 şaxtaçını ölü olaraq da olsa tapa bilmişdilər. Yalnız 1 nəfər tapılmamışdı. İşlə bağlı yenidən axtarışa başlayan hökumət nümayəndələri itkin düşən şaxtaçını təsadüfən aşkar ediblər. O, 17 il ölümcül tələnin içərisində sağ qalmağı bacarıb.

59 yaşlı xilas edilmiş şaxtaçı - Çunq Vai, olduqca acınacaqlı vəziyyətdə idi. O, ən yaxın xəstəxanaya çatdırılıb və hazırda həkimlər onun fiziki və psixi vəziyyətini qiymətləndirirlər.

İlkin qiymətləndirməyə görə, onun sağ qalmasının səbəblərindən biri budur ki, ilişib qaldığı otaqda xırda ventilyasiya deşiyi olub ki, bu da otağı təmiz hava ilə təmin edib.

Bundan əlavə, onun sağ qalmasına kömək edən amillərdən, şaxtalarda uçqun hadisəsini nəzərə alaraq saxlanılan çoxlu konservləşdirilmiş ərzaq ehtiyatları idi. Təbii ki, 17 ilə ərzaq çata bilməz və o, siçovullar və mamırlarla da qıdalanıb.

Ekspertlər qeyd edir ki, bu, ekstremal şəraitdə uzun müddət sağ qalınan ən unikal hadisədir.

Zaur H.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>