Hadisə
Qaradağda idman müəllimi 12 yaşlı şagirdini döydü - YENİLƏNDİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu 195 nömrəli tam orta məktəbdə idman müəlliminin 12 yaşlı şagirdi döyməsilə bağlı yayılan məlumata aydınlıq gətirib.
İdarədən Publika.az-a verilən məlumata görə, adıçəkilən müəllim barəsində intizam tənbehi görülüb:
“Məktəbdən verilmiş məlumatda qeyd olunur ki, həmin məktəbin idman müəllimi Famil Əbilov IX sinif şagirdi Cavid Nuriyevə fiziki tərbiyə dərslərində dəfələrlə iştirak etmədiyi üçün irad bildirib. Digər idman müəllimlərinin yanında onu tənbeh edib. Müəllimin məqsədi şagirdə intizam qaydalarına riayət etməməsini bildirməkdən və onu tədrisə cəlb etməkdən ibarət olub.
Famil Əbilov 35 ildir 195 nömrəli tam orta məktəbdə müəllim işləyir. İşlədiyi dövrdə heç bir intizam tənbehi almayıb və kollektiv üzvlərinin hörmətini qazanıb. Bu məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən F.Əbilov barəsində intizam tənbehi görülüb”.
***
Bakıda valideyn övladının orta məktəb müəllimi tərəfindən döyüldüyünü iddia edir.
Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb. (apa)
Gülxar
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR