Hadisə
Qaxda mağazada baş verən yanğın söndürüldü (YENİLƏNDİ) - - FOTO/VİDEO
Qax şəhərinin mərkəzində mağazada baş verən yanğın söndürülüb.
Mağazanın Qax rayon Əmircan kənd sakini Məmmədov Baba Qədir oğluna məxsus olduğu müəyyən edilib.
Şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınan hadisə zamanı ümumi sahəsi 80 kv.m olan qarışıq mallar mağazasının anbarı və içərisində olan malların çox hissəsi yanıb.
Obyekt sahibinin "Report"a verdiyi məlumata görə, yanğın zamanı ona təqribən 200 min manata yaxın ziyan dəyib.
Mağaza əməkdaşları yanğın zamanı içəridə olduqlarını və anbarda başlayan tüstülənməni gec gördüklərini bildiriblər.
İlkin məlumata görə, yanğına anbarda olan elektrik naqillərinin əriməsi səbəb olub.
Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanan mağazanın dam örtüyü və malların bir qismi, ətrafdakı 10 mağaza yanğından mühafizə olunub.
Təhlükəsizlik nəzərə alınaraq Üzeyir Hacıbəyov küçəsində avtomobillərin hərəkəti yanğın söndürülənə qədər məhdudlaşdırılıb.
Hazırda Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
***
Qax şəhərinin mərkəzində mağaza yanmağa başlayıb.
Publika.az xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yeləşən qarışıq mallar mağazasında hələlik bilinməyən səbəbdən yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. FHN əməkdaşları yanğının söndürülməsinə və digər ərazilərə keçməsinin qarşısını almağa çalışır. (report)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ