Gəncədə maşın ağaca çırpıldı - Sürücü və qadın sərnişin...
Bizi izləyin

Hadisə

Gəncədə maşın ağaca çırpıldı - Sürücü və qadın sərnişin...

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, 28 May küçəsi ilə hərəkətdə olan "99-GO-163" dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı maşın idarəetmədən çıxaraq əvvəlcə ağaca, sonra isə yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə sürücü Məmmədov Seymur Tacəddin oğlu və maşında olan, hazırda şəxsiyyəti hələ bilinməyən qadın sərnişin yaralanıb. Sürücünün içkili olduğu müəyyən edilib. Hazırda şəxsiyyəti məlum olmayan kişi yaralı vəziyyətdə polisə müqavimət göstərib. Yaralı sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm