Bakıda qəza: piyada tanınmaz hala düşdü
Bizi izləyin

Hadisə

Bakıda qəza: piyada tanınmaz hala düşdü

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə təxminən 70-75 yaşlı qadın (hələlik ad-soyadı məlum deyil) Zabrat qəsəbəsində Ayxan marketin qarşısından yolun digər tərəfinə keçmək istəyən zaman qeydə alınıb. Onu "Opel" markalı avtomobil vuraraq tanınmaz hala salıb.

Sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm