Bakı metrosunda QORXUNC ANLAR: 30 yaşlı şəxs relsin üstünə yıxıldı
Bizi izləyin

Hadisə

Bakı metrosunda QORXUNC ANLAR: 30 yaşlı şəxs relsin üstünə yıxıldı

Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.

Bu barədə Publika.az-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, “Həzi Aslanov”-“Dərnəgül” xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna yıxılıb.

“Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”, - deyə N.Paşayev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm