Şamaxıda evə basqın edən maskalı şəxslərdən ikisi saxlanılıb
Bizi izləyin

Hadisə

Şamaxıda evə basqın edən maskalı şəxslərdən ikisi saxlanılıb

Şamaxı rayonu Məlhəm kəndindəki evlərdən birində ev sahibinə və onun arvadına qarşı quldurluq etmiş qrupun 2 üzvü də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrup üzvləri Kənan Səfərov və İbrahim Mustafayev də saxlanılaraq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, Şamaxı Rayon Polis Şöbəsinə Məlhəm kəndində yanvarın 19-da 4 nəfər maskalı şəxs gecə saat 3 radələrində Gülbar Novruzovun evinə girərək, onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq döyüblər. Onlar oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparıblar.

Araşdırmalarla onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev olmaları müəyyən edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm