AFFA-nın mərhum prezidentinin oğlu faciəli şəkildə öldü - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

AFFA-nın mərhum prezidentinin oğlu faciəli şəkildə öldü - (YENİLƏNDİ)

Sabirabad rayonunda avtomobil qəzasında dünyasını dəyişən Anar Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur.

Bu barədə Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat verib.

V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğlu idi. A.Mirzəyev ailəlidir. (report)

***

Bu gün səhərə yaxın Sabirabad rayonunun Həşimxanlı kəndinin çöllük ərazisində kanala düşən avtomaşının sərnişini suda boğularaq ölüb.

Binəqədi rayonunda fəaliyyət göstərən “Lider Cola” şirkətinə məxsus H 009-703 dövlət nömrə nişanlı “Jeep” markalı avtomaşında olan 3 nəfərdən biri, həmin şirkətin rəhbəri, 33 yaşlı Bakı şəhər sakini Anar Ramiz oğlu Mirzəyev hadisə yerində dünyasını dəyişib.

FHN-in xilasediciləri onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm