Son iki gündə avtomobil qəzalarında 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb
Bizi izləyin

Hadisə

Son iki gündə avtomobil qəzalarında 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Daxili işlər orqanları həftə sonu ərzində qeydə aldığı cinayətlərin və hadisələrin sayını açıqlayıb.

Publika.az xəbər verir ki, son 2 gün ərzində respublikada 183 cinayət faktı qeydə alınıb ki, onların 31-i “isti izlər”lə açılıb.

Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Axtarışda olduğuna görə, 15 nəfər, cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılaraq aidiyyatı orqanlara təhvil verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm