Beyləqanda iki cinayətin üstü açıldı - İstintaq
Bizi izləyin

Hadisə

Beyləqanda iki cinayətin üstü açıldı - İstintaq

Beyləqan rayonunda baş verən iki oğurluq cinayətinin üstü açılıb.

Publika.az xəbər verir ki, Beyləqan rayon sakini Sərman Həsənov ötən ilin mart ayında polis şöbəsinə müraciət edərək 41 baş qoyununun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Beyləqan rayon polis şöbəsində cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə qoyunları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Beyləqan rayon sakini Kəmaləddin Vəliyev olduğu müəyyən edilib.

Bundan başqa, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən fevral ayında daha bir uğurlu əməliyyat tədbiri keçirilib.

Belə ki, Ağcabədi və Beyləqan rayonları ərazisindən ayrı-ayrı vaxtlarda 27 baş qoyun oğurlamaqda şübhəli bilinən Rahil Zülfüqarov da saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs oğurladıqları qoyunları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm