Hadisə
Masallıda qəza: 4 nəfər xəsarət aldı
Masallıda yol qəzası baş verib.
Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində 50-BU-623 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 15-BK-670 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb. Bunlar "VAZ 2106"-ın sürücüsü 1991-ci il təvəllüdlü Natiq Ədalət oğlu Ağayev və onun sərnişinləri - 1991-ci il təvəllüdlü Pərviz Əhməd oğlu Şahmarov, 1987-ci il təvəllüdlü Elvin Ədalət oğlu Həsənov və "VAZ 2107”-in sürücüsü 1970-ci il təvəllüdlü Abış Nasir oğlu Abbasovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan E.Həsənov əməliyyata götürülüb. Onun vəziyyəti ağırdır. A. Abbasovun vəziyyəti isə kafi qiymətləndirilir.
Digər iki yaralı - P. Şahmarov və N.Ağayev isə ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ