Hadisə
Qubada14 gün komada qalan hamilə qadın öldü - (YENİLƏNDİ)
Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlyar Sərvərov bildirib ki, Xaçmaz rayon sakini, 28 yaşlı Rəqsanə Səfərova 14 gün öncə xəstəxanaya müraciət edib. Müraciət edən zaman qadının bətnində 10 həftəlik ölü döl olub. Rəqsanə Səfərova xəstəxanada 14 gün komada qalıb.
Baş həkim onun ölüm səbəbinin hamiləliklə bağlı olmadığını açıqlayıb. Onun sözlərinə görə, R.Səfərova hemmorragik insultdan (beyin damarının cırılmasın) dünyasını dəyişib.
Ə.Sərvərov deyib ki, 14 gün ərzində göstərilən tibbi yardıma baxmayaraq qadını xilas etmək mümkün olmayıb. O, dünən axşam saatlarında vəfat edib. (apa)
***
Quba rayonunda hamilə qadın ölüb.
Hadisə Quba Rayon Mərkəzi Xəstəxanasına baş verib.
Belə ki, Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Rəksanə Səfərovanın qəfildən halı pisləşib və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, həkimlər R.Səfərovaya səhətindəki problemlərə görə hamilə qalmamaq barədə məlumat veriblər və əks təqdirdə, həyatı üçün təhlükəli olduğunu bildiriblər. R.Səfərovanın beyninə qan sızması səbəbi ilə öldüyü bildirlir.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. (report)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ