Usubovun müraciəti TƏSDİQLƏNDİ: iki vəkilə QADAĞA
Bizi izləyin

Hadisə

Usubovun müraciəti TƏSDİQLƏNDİ: iki vəkilə QADAĞA

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb.

Rüstəm Usubov qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıblar.

Rəyasət Heyəti də Usubovun müraciətini təsdiqləyərək hər iki vəkilin birillik müddətə fəaliyyət göstərməsinə qadağa qoyub. Vəkillər bununla razılaşmadıqlarını və heç bir qanun pozuntusuna yol vermədiklərini deyərək qərarla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm