Akkumulyator oğruları ələ keçdi
Bizi izləyin

Hadisə

Akkumulyator oğruları ələ keçdi

İyul ayı ərzində bir neçə şəxsə məxsus avtomobildən akkumulyator oğurlamış şəxslər həbs edilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayı ərzində Telman Rəhmanova, Fərman Bayramova və Mirnizami Ağayevə məxsus avtomobillərdən akkumulyator oğurlamış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Firdovsi Məmmədov və Cavanşir İmanov tutulublar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm