Sabunçuda polisi vurub qaçan tutuldu
Bizi izləyin

Hadisə

Sabunçuda polisi vurub qaçan tutuldu

İdarə etdiyi avtomobillə Yol Patrul Xidməti əməkdaşını vuran şəxs saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib.

Samir Dənziyev xəstəxanaya yerləşdirilib. Görülmüş tədbirlərlə Aydın Babayev saxlanılıb. Araşdırma aparılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm