Kürdəmirdə amansızlıqla öldürülən uşaqla bağlı yeni xəbər - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Kürdəmirdə amansızlıqla öldürülən uşaqla bağlı yeni xəbər - YENİLƏNİB

Azərbaycanda törədilən dəhşətli yeniyetmə qətlinin təfərrüatları məlum olub.

Milli.az xəbər verir ki, 14 yaşlı İzzət Babayev srağagün axşam mal nobatından qayıtmayıb. Onu valideynləri axtarsa da, dünən səhər saatlarında nar bağında cansız bədənini tapıblar. Naməlum şəxs onu boğaraq öldürüb.

Uşağın qisas və ya başqa məqsədlə öldürülməsi məlum deyil. Məlum olan odur ki, İzzətin atası Münasib Babayev zəhmətkeş adam olub. Kənddə kababçılıq etməklə ailəsini dolandırıb.

***

Kürdəmir rayonunda dəhşətli qətl törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti nar bağında aşkar edilib.

Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm