Terrorçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı - UKRAYNADA
Bizi izləyin

Hadisə

Terrorçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı - UKRAYNADA

Ukraynanın sərhəd xidmətinin əməkdaşları "Borispol" Hava Limanında "terrorçuluq" maddəsi üzrə cinayət törətdiyinə görə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Əldə etdiyimiz məlumata görə, bu vətəndaş dəfələrlə 93 kiloqramdan yuxarı çəki dərəcəsində tamkontaktlı əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin qalibi olub", - deyə xəbərdə bildirilir.

İdarədən saxlanılan şəxsin adı açıqlanmayıb və yalnız qeyd olunub ki, o, müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin bölməsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm