Qəbələdə avtobus qəzası, bir ölü, 8 yaralı
Bizi izləyin

Hadisə

Qəbələdə avtobus qəzası, bir ölü, 8 yaralı

Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Oğuz rayon sakini Rüfət Babayevin idarə etdiyi “Hyundai” markalı avtobus və Siyəzən rayon sakini Ceyhun Həmidovun idarə etdiyi “UAZ” markalı avtomobillə toqquşub. Nəticədə C.Həmidovun sərnişinlərindən Qəbələ rayon sakini Elmir Maqsudov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə R.Babayev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm