Şirvanda toyda faciə
Bizi izləyin

Hadisə

Şirvanda toyda faciə

Şirvanda toy şənliyində 77 yaşlı kişi dünyasını dəyişib.

Hadisə oktyabrın 11-də saat 23.00 radələrində Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Bakı şəhər sakini, Ağa Nemətulla küçəsində yaşayan 1938-ci il təvəllüdlü Musayev Faiq Camaləddin oğlu toy şənliyində ürəktutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Şirvan şəhər “morq”una yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm