7 erməni bir gecədə güllələndi
Bizi izləyin

Hadisə

7 erməni bir gecədə güllələndi

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Salavat şəhərində 7 erməni güllələnib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, cinayət işi üzü maskalı şəxslər tərəfindən ötən gecə saat 2:00 radələrində törədilib.

Güllələnən ermənilərin adları da açıqlanıb: A.Voskanyan, T.Voskanyan S.Qriqoryan, M.Malomyan, A.Avetyan, A. Akulyan və A.Sarkisyan.

Hücumun qurbanları yerli erməni biznesmeni və onun dostları olub. Zərərçəkənlər Salavat mərkəzi şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadakı mənbənin sözlərinə görə, üç nəfər qarın nahiyəsindən, üç nəfər isə bədənin digər hissələrindən, bir nəfər isə başından vurulub. Onlardan 4 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

Başından vurulan erməni - avtoservisin sahibi Sarkisyan xəstəxanada keçinib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm