Yük maşını dərəyə aşdı:17 ölü
Bizi izləyin

Hadisə

Yük maşını dərəyə aşdı:17 ölü

Hindistanın şimal-şərqindəki Arunaçal-Pradeş əyalətinin Vest Kamenq dairəsində yük maşını qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 17 nəfər həlak olub 12 nəfər yaralanıb. TATA markalı yük maşını naməlum səbəbdən Betçellinq kəndi yaxınlığında dağlıq ərazidən keçən yoldan çıxıb və 100 metr yüksəklikdən uçuruma düşüb.

Bu barədə mətbuata Hindistanın Arunaçal Pradeş ştatının polisindən bildirilib.

Hadisə yerində yaralılara ilk yardımı və xilasetmə işlərini yerli sakinlər həyata keçirib. Yolun uzaqlığı səbəbindən təcili tibbi yardım briqadası hadisə yerinə həddindən gec gəlib. Arunaçal-Pradeşa ştatının baş naziri Kalikxo Pul bəyan edib ki, hökumət ölən və yaralalanların ailəsinə yardım edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm